‘WhatsApp’da yeni funksiya yaradılacaq

‘WhatsApp’da yeni funksiya yaradılacaq

“WhatsApp” messenceri tətbiqin video hissəsində yeni funksiyanı sınaqdan keçirir.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
 
Məlumata görə, videoları redaktə edərkən yeni bir işarə görünəcək ki, bu da istifadəçinin videonu səssiz şəkildə göndərməsinə imkan yaradacaq.
 
 
Hələ ki bu funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyada mövcuddur.
 
Portal, həmçinin bildirir ki, yenilənmədə başqa bir animasiya stiker dəsti əlavə edilməklə yanaşı, qrup söhbətində hər hansı bir istifadəçinin xatırlanması funksiyası da təkmilləşdiriləcək.
 
 

 

Google+ WhatsApp ok.ru