‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfrans keçirilir  - FOTO

‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfrans keçirilir - FOTO

İranın Qum şəhərində Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyasının təşəbbüsü ilə ‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfrans keçirilir. 
 
Madie.Az “tasnimnews”a istinadla xəbər verir ki,  konfrans Həzrət Məhəmməd (s) peyğəmbərin əmisi və hamisi Əbu Talibin  şəxsiyyətinin tanınması və həyatının parlaq səhifəsinin cəmiyyətə çatdırılması məqsədi ilə Ərəb, Fars və İngilis dillərində keçirilir. 
 
3 gün davam edəcək konfrans ötən gün Ayətullah Məkarim Şirazinin  vidoe müraciətilə öz işinə başlayıb. 
 
Ayətullah Məkarim Şirazi  Həzrət Əbu Talibin həyatı haqqında sənədli filmin çəkilməsinin zəruriliyini vurğulayıb. "Həzrət Əbu Talib haqqında geniş iş görülüb və bugünki gənc nəslə İslamın böyük şəxsiyyəti olan Həzər Əbu Talibi tanıtdırmaq üçün daha çox iş görülməlidir."
 
Konfransda   tarix, əqaid,  kəlam, rical, kitabşünaslıq,  Ərəb ədəbiyyatı və digər sahələrdə araşdırmaq aparan şəxslərin məqalələri oxunub.  Kofnrans çərçivəsində xüsusi komitələrdə  həzrət Əbu Talibin şəxsiyyəti, elmi məqamı və şeirləri haqqında müzakirələr aparılıb. 
 
Ayətullah Safi Qulpayqani  İslam ümmətinin  Həzrət Əbu Talibə borclu olduğunu vurğulayıb. "Həqiqətən Həzrət Əbu Talib  (ə) və onun dəyərli nəsli  İslama böyük xidmət edib.  Bütün şiələr və müsəlmanların  borcudur ki,  o həzrətin  tanıtdırılması  üçün çalışsın." 
 
Konfrans sabah Ayətullah Nuri Həmədaninin və Ayətullah Sübhaninin  video müraciəti eləcə də  İslam dünyasının tanınmış şəxsiyyətlərinin çıxıışı ilə  öz işini başa çatdıracaq. 
 
Konfrans bağlanış mərasimində  Misirin Əl-Əzhər Universiteti,  İranın Mədəniyyət və İslami İrşad naziri və İslam dünyasından elmi şəxsiyyətlər və alimlər  iştirak edəcək. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru