'Ərbəin' zəvvarları üçün pulsuz internet və rabitə 15 Sentyabr 2021 16:53 Xəbərlər Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak edəcək zəvvarlar üçün pulsuz internet və rabitə xidməti istifadəyə veriləcək. Maide.az xəbər verir ki, bu barədə İraqın Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin sözçüsü Əhməd İbrahim deyib. O qeyd edib ki, şirkət Ərbəin zəvvarlarına xidmət göstərən Mokiblərə və zəvvarlara pulsuz internet və rabitə xidməti vermək üçün prosesə başlayıb. “Babil – Kərbəla yolunda Ərbəin zəvvarları üçün rabitə xidməti göstərmək məqsədilə telefon qovşaqları quraşdırılacaq. Həmçinin Kərbəla və Nəcəf əyalətində Ərbəin zəvvarları üçün internetin təmini məqsədilə kabellər yenilənir”. O qeyd edib ki, Nəcəf əyalətində və Nəcəf – Kərbəla yolunda 30 mərkəzə internet verilib ki, onlar zəvvarların pulsuz internet təminatını həyata keçirsin. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Bu il Ərbəin miladi təqvim ilə 27 sentyabrtarixinə təsadüf edir. Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər. Teqlər : #'Ərbəin',#zəvvarları,#üçün,#pulsuz,#internet,#və,#rabitə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lavrov: 'Heç kim 'Taliban'ı tanımağa tələsmir' Un və buğdanın qiymətilə bağlı yeni qərar