''Aİ-95'' və ''Aİ-98'' markalı benzinin qiyməti bahalaşdı

''Aİ-95'' və ''Aİ-98'' markalı benzinin qiyməti bahalaşdı

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.
 
Bu barədə məlumatları yanacaq doldurma məntəqələrindən də təsdiq ediblər. Ancaq, hələ, bəzi yanacaq doldurma məntəqələrində qiymət lövhəsinin dəyişdirilmədiyi bildirilir.
 
Yanacaq doldurma məntəqələrindən verilən məlumata görə, “ Aİ-95” markalı benzinin litri 1 manat 50 qəpiyə yüksəlib. Həmin markalı benzin bundan əvvəl 1 manat 25 qəpiyə satılırdı.
 
“Aİ-98” super markalı benzinin bir litrinin isə 1 manat 60 qəpiyə qaldırıldığı bildirilir. Bu markalı benizin isə bundan öncə 1 manat 50 qəpiyə idi.
 
“Premium Euro-95” və “Super Euro-98” markalı benzinlər Azərbaycana idxal edilir. Onların qiymətini Tarif Şurası tənzimləmir.
 
Azərbaycanda sonuncu dəfə bu markalı benzinin qiyməti ötən ilin noyabrında bahalaşmışdı.
 
Azərbaycanda ən çox istifadə edilən “ Aİ-92” markalı benzinin isə qiymətinin qalxmadığı bildirilir. Hazırda “ Aİ-92” markalı benzin 90 qəpikdir.
 
2017-ci ilin əvvəlində Premium Euro-95 markalı benzin 95 qəpiyə, Super Euro-98 markalı benzin isə 1 manat 10 qəpiyə satılırdı.
 
Beləliklə, həmin vaxtdan bəri Premium Euro-95 benzini 55 qəpik, Super Euro-98 benzini isə 50 qəpik bahalaşıb. (azadliq.org)

 

Google+ WhatsApp ok.ru