ABŞ-ın İraqdakı hərbi missiyası ilin sonuna qədər dayandırılacaq 27 İyul 2021 07:49 Xəbərlər ABŞ İraq ərazisindəki döyüş missiyasının 2021-ci ilin sonuna qədər tamamlanacağını deyib. Maide.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden İraq Baş naziri Mustafa əl-Qadimi ilə görüşü zamanı deyib. C.Bayden qeyd edib: "İlin sonuna qədər artıq İraqda döyüş missiyasını yerinə yetirməyəcəyik". Onun sözlərinə görə, ABŞ-ın İraqdakı rolu İŞİD-lə mübarizədə hazırlıqlara, kömək etməyə davam etməkdən ibarət olacaq". Tərəflər Ağ Evdəki danışıqlar zamanı müvafiq qərara gəliblər. Teqlər : #ABŞın,#İraqdakı,#hərbi,#missiyası,#ilin,#sonuna,#qədər,#dayandırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib