ABŞ dövlət katibi İranlı və Ərəbistanlı həmkarlarına zəng etdi 06 Yanvar 2016 02:00 Xəbərlər ABŞ dövlət katibi Con Kerri İranlı və Səudiyyə Ərəbistanlı həmkarları ilə telefon danışığı aparıb. Bunu ABŞ Xarici işlər nazirinin spikeri Con Kerbi deyib. Maide.az xəbər verir ki, O, deyib ki, ABŞ dövlət katibi Con Kerri ötən 24 saat ərzində bir neçə dəfə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr ilə telefon danışığı aparıb və son günlər İran və Ərəbistan arasında yaşanan gərginliyi müzakirə edib. Con Kerbi deyib ki, dövlət katibi Con Kerri hər iki ölkə ilə danışıqları davam etdirmək niyyətindədir. “Danışıqlardan məqsəd hər iki ölkəni qarşılıqlı anlaşma və əməkdaşlığa çağırmaqdır. C.Kerri həmçinin regionun digər ölkələri ilə də müzakirələr aparacaq.” / Teqlər : #ABŞ dövlət katibi İranlı və Ərəbistanlı həmkarlarına zəng etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tramp: “İŞİD-i Obama və Klinton qurub” Gürcüstan-Rusiya sərhədi: 150-dən çox yük maşını qarlı yollarda qalıb