Abşeronda qaz kəsilib

Abşeronda qaz kəsilib

Dekabrın 27-si qaz kəmərində baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.
 
Xəbəri Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
 
Xəbərə görə, yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.
 
Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş verib. Yanğın, hələ ki, söndürülməyib. /

Google+ WhatsApp ok.ru