Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq 24 Noyabr 2016 02:00 Ölkə Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq Noyabrın 25-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. / Teqlər : #Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycandan Ümrə ziyarətinə səfərlər dekabrın 10-dan sonra başlayacaq Cəlilabadın taxıl sahələrində gəmiricilərin sayı kəskin şəkildə artıb - FOTO