ABŞ hərbçiləri Obamanı dəstəkləmir

ABŞ hərbçilərin 55% dövlət başçısının fəaliyyətini bəyənmir.
Maide.az-ın məlumatına görə, The Military Times dərgisi Barak Obamanın fəaliyyətindən yaranan məyusluğu gəlir artımının azalması ilə əlaqələndirir.
Araşdırmaların nəticəsində məlum olub ki, hərbi qulluqçuların yalnız 44% öz gəlirlərini "yaxşı və ya əla" hesab edirlər, 2009-cu ildə isə belə düşünən hərbçilər 87% təşkil edirdi.

"The Hill" məlumat verir ki, öz həyatlarını "yaxşı və ya əla" hesab edən hərbçilərin sayı 91%-dan 56%-dək enib. Bununla yanaşı 10 respondentdən 7-si hesab edir ki, yaxın illərdə bu göstərici daha da aşağı enəcək.
Diqqəti cəlb edən daha bir məsələ, hərbçilərin ABŞ siyasətini dəstəkləmələrinə baxmayaraq Obamanın fəaliyyətini bəyənməmələridir.

The Military Times qeyd edir ki, Obamanın fəaliyyəti heç bir zaman yüksək qiymətləndirilməyib.
2009-cu ildə Obama president seçilən zaman hərbçilər arasında reytinqi 39% təşkil edirdi.
2014-cü ildə isə respondentlərin 39% - i respublikaçıları dəstəkləyib. Onlardan yalnız  8% -i demokratları dəstəklədiyini deyib

 

Google+ WhatsApp ok.ru