İrəvana enən təyyarədə Azərbaycan hüquq-mühafizə orqanlarının 4 əməkdaşı olub

Xəbər verildiyi kimi, dekabrın 21-də və 22-də Ukraynanın Beynəlxalq Hava Yolları şirkətinin Kiyev-Tiflis-Kiyev marşrutu ilə uçan təyyarələri Tiflis aeroportundakı qatı duman üzündən məcburi İrəvanın Zvartnots aeroportuna enib.
 
Birinci halda təyyarənin sərnişinləri arasında 24, ikinci halda 13 azərbaycanlı olub.
 
Maide.az "Virtualaz.org"a istinadən xəbər verir ki, Ermənistanın Mülki Aviasiya Baş İdarəsindən “Regnum”a bütün sərnişinlərə təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən “müvafiq xidmətlərin” göstərildiyini deyiblər.
 
“İkinci reysdə azərbaycanlı sərnişinlərdən 4-ü təyyarəni tərk etməkdən imtina edib və heyətlə razılaşdıraraq təyyarənin salonunda gözləyib. Onlar öz hərəkətlərini bununla izah ediblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır və Bakıya qayıdanda problemlə üzləşə bilərlər. Havanın mənfi temperaturunu nəzərə alaraq gecə bizim tərəfimizdən təyyarənin salonunun qızdırılması təşkil olunub. Təyyarəni tərk edən sərnişinlər üçün yemək, valyuta mübadiləsi və digər xidmətlər təşkil edilib. Sərnişinlər isti qarşılanmaya görə erməni tərəfinə təşəkkür ediblər və İrəvanı təyyarə ilə tərk ediblər”, - erməni idarənin yaydığı məlumatda vurğulanır.

Google+ WhatsApp ok.ru