ABŞ neftinin qiyməti 41 dollara yaxınlaşır

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,63 dollar və ya 1,48% ucuzlaşaraq 41,87 dollar təşkil edib.
Birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,92% yaxud 0,45 dollar azalaraq 48,74 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru