ABŞ Səudiyyə Ərəbistanının hərbi helikopterlərinin texniki qulluğu üzrə müqaviləni təsdiqləyib

ABŞ Səudiyyə Ərəbistanının hərbi helikopterlərinin texniki qulluğu üzrə müqaviləni təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında istifadə olunan ABŞ istehsalı helikopterlərə texniki qulluğun davam etdirilməsi üzrə potensial müqaviləni təsdiqləyib.
 
Maide.Az -ın xarici KİV-ə istinadla məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq İdarəsindən bildiriblər.
 
Məlumata əsasən, müqavilənin dəyəri 500 milyon ABŞ dolları təşkil edir.
 
Müqaviləyə əsasən, hazırda Səudiyyə Ərəbistanında olan "AH-64D/E Apache", "UH-60L Black Hawk", "UH-60M Black Hawk", "Schweizer 333", "Bell 406CS" və gələcəkdə alınması planlaşdırılan "CH-47F Chinook" helikopterlərinə texniki qulluğunu həyata keçirəcək:
 
Məlumatda bildirilir ki,  ABŞ Konqresinin bir sıra nümayəndəri və bu ölkənin mətbuatında  Səudiyyə  Ərəbistanında insan haqlarının pozulduğu və Səudiyyə rejiminin  Yəmənə təcavüzü pisləyir  və ABŞ-ın Səudiyyə Ərəbistanına  yardımlarını tənqid  edirlər. 
 
Qeyd edilir ki, bu müqavilə, hazırkı ABŞ administrasiyasının Səudiyyə Ərəbistanı ilə ilk böyük müqaviləsidir.
 
 

Google+ WhatsApp ok.ru