`AI-95 Premium` markalı benzinin qiyməti bahalaşdı  - 1,05 AZN

`AI-95 Premium` markalı benzinin qiyməti bahalaşdı - 1,05 AZN

Azərbaycana xaricdən idxal olunan "AI-95” Premium markalı benzinin qiymətində artım baş verib.
 
Maide.Az  Lent.az-a istinadən xəbər verir ki, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub. 
 
"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub. 
 
Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib.
 
“AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. 
 
"AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.
 
İqtisadçı Natiq Cəfərli öz "Facebook" səhifəsində qiymət artımına münasibət bildirib. O deyib ki, "Premium" markalı (Aİ 95) benzinin qiymətini Tarif Şurası müəyyən etmir: "Güya bu da "üzən" rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Sadəcə, bu ölkədə əsl rəqabət tək bir yerdə - toyda oynamaqda olur deyə, qiymət dəyişmədi. "Premium"u tək bir şirkət gətirdi və satdı, indi dollar bahalaşır-bahalaşacaq, Aİ 95 xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiyməti qalxması təəccüblü olmayacaq.
 
 
Sadəcə, qiymət bahalaşsa, bu, Aİ 92 üçün də (hansı ki, qiyməti dövlət tərəfindən müəyyən olunur) qiymət artımına zəmin yaradacaq. Benzin də qalxsa, kommunal xidmətlərin və dolların da bahalaşdığını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçılmaz olacaq”.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru