Akif Çovdarovun səhhəti pisləşdi - Vəkili təcridxanaya çağırıldı

Akif Çovdarovun səhhəti pisləşdi - Vəkili təcridxanaya çağırıldı

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhəti pisləşib.
 
Bu haqda Modern.az-a məlumat verən A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, təcili olaraq təcridxanaya gedir.
Vəkil iddia edir ki, Penitensiar Xidmətdə çalışanlar Akif Çovdarovun ölməsi üçün çalışır:
“Dünən və sırağagün faktiki olaraq Akif Çovdarova işgəncə verilib. Onun ürəyi kəskin ağırıyır, təcili yardım çağırıb. Amma ona kömək edən olmayıb, lazımi dərmanlar verilməyib. Çovdarov nəfəsalmada çətinlik çəkəndə “oksigen balonu” verirdilər. Dünən axşam isə halı pisləşib və ona “oksigen balonunu” verməyiblər. Faktiki olaraq onun ölümünü gözləyirlər”.
Hüquqşünas deyib ki, məsələ ilə bağlı müraciətlər cavabsız qalıb:
“Cinayət xarakterli əməllərlə bağlı Baş prokuror Zakir Qaralova, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və digər bütün orqanlara müraciət etmişik. B10 gündən artıq müddətdir müraciət etməyimizə baxmayaraq, Baş Prokurorluq araşdırma aparmaq istəmir”.
 
A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Google+ WhatsApp ok.ru