Londonda Azərbaycana qarşı TƏXRİBAT 08 Noyabr 2016 02:00 Xəbərlər Londonda “WTM-216” beynəlxalq sərgisi öz işinə davam edir. Sərgidə Ermənistanı və işğal altındakı Dağlıq Qarabağ ərazisini təmsil edən 3 şirkətdə iştirak edir. Ermənistanın İnkişaf Fondunun rəhbəri Karen Mkrtçyan sərgidə Qarabağ ərazisinin də beynəlxalq turizm marşrutu üçün təqdim edildiyin bildirib. “London sərgisi dünyanın 180 ölkəsindən olan turizm şirkətlərinə, agentlərə və ziyarətçilərə Ermənistanın və Qarabağın turizm potensialını dəyərləndirməyə imkan verəcək”. Ermənistan pavilyonunda işğal altındakı torpaqlarda qalan tarixi abidələr, xüsusən alban kilsələrinin marşrutları təqdim olunub. Qeyd edək ki, noyabrın11-nə qədər davam edəcək London beynəlxalq turizm sərgisi hər il 180 ölkədən 5 min turizm şirkəti və 50 min ziyarətçi cəlb edir. (modern.az) / Teqlər : #Londonda Azərbaycana qarşı TƏXRİBAT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Akif Çovdarovun səhhəti pisləşdi - Vəkili təcridxanaya çağırıldı Kərbəla zəvvarlarını daşıyan avtobus aşdı, 20 nəfər həyatını itirdi