Ali məktəblərə qəbul qaydaları dəyişdi 21 Fevral 2016 02:00 Ölkə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır. Dəyişikliyə əsasən “Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib. “Geodeziya və xəritəçilik mühəndisliyi” və “ Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib. xezerxeber/ Teqlər : #Ali məktəblərə qəbul qaydaları dəyişdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır Fevralın 22-də yağış, qar gözlənilir