Ali Rəhbərinin nümayəndəsi: ‘Qarabağ Azərbaycanın ərazisidir ’

Ali Rəhbərinin nümayəndəsi: ‘Qarabağ Azərbaycanın ərazisidir ’

Ali Rəhbər ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyid Məhəmmədəli Al Haşim Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu ərazisində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
 
Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, Seyid Məhəmmədəli Al Haşim bildirib ki, Ali rəhbərin buyurduğu kimi Qarabağ islam torpağıdır.
 
“Biz Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab edirik. Allahdan istəyirik ki, həm Fələstin, həm də Qarabağ torpaqları tezliklə azadlığa qovuşsun”, - deyə o vurğulayıb.
 

Google+ WhatsApp ok.ru