`Şalke` klubuna yeni baş məşqçisi təyin edilib

Bundesliqanın iki klubunda yeni baş məşqçi
 
Almaniyanın "Ausburq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Dirk Şuster çalışdıracaq.
 
48 yaşlı mütəxəssis Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Şuster bu vəzifədə Markus Vayntsirli əvəzləyib.
 
Artıq Vayntsirlin də yeni iş yeri bəlli olub. 41 yaşlı mütəxəssis digər Bundesliqa təmsilçisi "Şalke"nin baş məşqçisi təyin edilib. Onunla da 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Ausburq" Bundesliqada ötən mövsümü 12-ci, "Şalke" isə 5-ci pillədə başa vurub. /
 
 

 

Google+ WhatsApp ok.ru