Almaniyada dəmiryolçuların tətili “Deutsche Bahn” şirkətinə 220 mln. avro ziyan vurub 06 May 2015 01:00 İqtisadiyyat Almaniyada “Deutsche Bahn” dəmiryol konserninin əməkdaşlarının keçirdiyi tətil şirkətə 220 milyon avroya başa gəlib. Bu barədə jurnalistlərə məlumat verən konsernin rəhbəri Ryudiqer Qrube əməkdaşları tətili dayandırmağa çağırıb: “Mən sizdən tətili dayandırmağı xahiş edirəm. Bu, zaman və pul itkisidir. İşçilərin əvvəlki tətilləri konsernə 220 milyon avroya başa gəlib”. Almaniyada 6 günlük növbəti tətil bu həftənin birinci günü başlayıb və işçilər onu şənbə gününədək davam etdirməyi planlaşdırırlar. Tətil nəqliyyat problemi ilə üzləşən milyonlarla insanların həyatına təsir edib. Teqlər : #Almaniyada dəmiryolçuların tətili Deutsche Bahn şirkətinə 220 mln. avro ziyan vurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Medvedevdən Azərbaycan meyvələrinə “yaşıl işıq” Neftin qiyməti cüzi enib