Amerikalı həmsədr: `Ən böyük narahatlıq dinc əhali arasında qurbanların olmasıdır` 23 Mart 2016 02:00 Qarabağ xəbərləri "ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam həllidir". Maide.az xəbər verir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiostansiyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, atəşkəsi pozmaq cəhdləri narahatlıq doğurur, ən böyük narahatlıq isə dinc əhali arasında qurbanların olmasıdır: "Biz ağır artilleriyadan istifadə olunmasını qınayırıq". Həmsədr, həmçinin konqresmenlər Roys və Şermanın müraciətlərinə də toxunub. Onların təklifləri arasında atəşin istiqamətini təsbit edən qurğuların, eləcə də atəşkəs rejimini daha effektiv müşahidə etmək üçün həmsədrlərin yerləşdirilməsi məsələləri yer alır. C.Uorlik qeyd edib ki, həmsədrlər tərəflərin razılığının əldə olunmasına və atəşkəs rejiminin gücləndirilməsinə yönəlmiş bütün təklifləri dəstəkləyir. Teqlər : #Amerikalı həmsədr: `Ən böyük narahatlıq dinc əhali arasında qurbanların olmasıdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 126 dəfə pozub Ermənilər atəşkəs rejimini 109 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni