Amnesty Azərbaycanı pandemiyadan repressiya üçün istifadədə ittiham edir 30 Aprel 2020 15:24 Xəbərlər Amnesty International təşkilatı bildirir ki, Şərqi Avropa və Mərkəzi Asiyada bir çox hökumətlər koronavirus pandemiyasına insan haqlarının tapdanması üçün “icazə vəsiqəsi” kimi baxırlar. Təşkilatın Mərkəzi Asiya üzrə müvəkkili Heather McGill aprelin 29-da bəyan edib ki, virusun yayılmasının dayandırılması üçün görülən bütün sərt tədbirlər “müvəqqəti, adekvat və insan haqları standartlarına uyğun” olmalıdır: "COVID-19 pandemiyası bu regionda yayılmaqda davam etdikcə bir çox hökumətlər ictimai sağlamlığı qorumaqdan daha çox, fərqli düşüncənin üzərinə hücum etməkdə maraqlı olublar”. Amnesty International təşkilatının bəyanatında deyilir ki, Azərbaycan, Rusiya və başqa ölkələrin hakimiyyətləri tənqidi fikri boğmaq məqsədilə “mütəmadi” olaraq repressiv tədbirlərə əl atırlar: “Təəccüblü deyildir ki, bu ölkələr pandemiyaya təməl insan haqlarına etinasızlıq göstərməklə reaksiya veriblər”. Blokların qapıları qaynaqlanıb Londonda mənzillənmiş təşkilat habelə Qırğızıstan və Qazaxıstanı yaşayış binalarına karantin qoyarkən blokların qapılarını qaynaqlayaraq bağlamaqda və sakinləri evlərində qalmağa məcbur etməkdə günahlandırır. Bəyanatda bildirilir ki, Ukraynada hərbçilər bir kəndin yeganə yolunu bağlamaqla 150 sakini “ətraf aləmdən təcrid etmiş, onların ərzaq, tibbi və ya hər hansı başqa yardıma çıxışlarını bloklamışlar”. Bu da deyilir ki, Rusiyanın Şimali Qafqaz regionundakı Çeçenistan respublikasında polis maska taxmayanlara fiziki zor tətbiq edib. Amnesty bildirir ki, Belarus, Tacikistan və Türkmənistanda siyasi liderlər epidemiyanın ciddiliyini “kiçiltmiş” və “səmərəsi yoxlanmamış müalicə üsullarını” həyata keçirməyə cəhd göstərmişlər. Tənqid edənlərin məsuliyyətə cəlb edilməsi Bu da vurğulanır ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunun bir qrup hakimiyyətləri fövqəladə vəziyyətin verdiyi səlahiyyətlərə jurnalistlərin və ya informasiya paylaşmaq istəyən başqalarının qısnanması üçün “qədərindən çox tez-tez” əl atıblar. Azərbaycan və Rusiya hökumətləri onların COVID-19 epidemiyası ilə bağlı fəaliyyətinlərindəki qüsurları faş edən “sosial media istifadəçilərini, jurnalistləri və tibb peşəkarlarını məsuliyyətə cəlb ediblər”. Özbəkistan kimi bir sıra başqa ölkələr isə epidemiya barədə “saxta xəbərlərə” görə son dərəcə ağır cərimələr tətbiq ediblər. Bəyanatda daha sonra deyilir: "Şərqi Avropa və Mərkəzi Asiyanın xalqları belə bir ağır və çətin zamanda daha yaxşı rəftara layiqdir və hökumətlər insanların sağlamlıq hüququndan istifadəsi üçün bütün mümkün resursları təmin etməli, epidemiyaya reaksiyalarında insan haqlarının pozulmasına yol verməməlidirlər”. /azadliq.org / Teqlər : #Amnesty,#Azərbaycanı,#pandemiyadan,#repressiya,#üçün,#istifadədə,#ittiham,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və Rusiya diplomatları Yəmənin ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar Məhsul bazarda satılmırsa iş yerlərinin ixtisarı zərurətə çevrilir' Xəbərlər Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq Livan parlament seçkilərinin vaxtı açıqlanıb Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək İran prezidenti nüvə danışıqlarında Qərb ölkələrini ciddi olmağa çağırdı Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib ABŞ müdafiə naziri Gürcüstana səfər edib Moskva metrosunda 'üz tanıma sistemi ilə ödəniş' oldu Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb Oktyabrın 18-dən hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ Şəhidimiz bu gün dəfn olunacaq - FOTO Livan Ali Müdafiə Şurasının təcili iclası çağırılıb Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır - FOTO Peşə təhsili üzrə ixtisasların sayı artırılıb Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO Norveçdə yeni baş nazirin adı məlum oldu Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı Norveçin Baş naziri və hökuməti istefa verib Qırğızıstana yeni Baş nazir təyin edilib Rusiya Dövlət Dumasına sədr seçilib 'Toyota' Ginnessin rekorduna imza atıb Əlcəzairdə 500 fransa şirkəti baykot olundu Avstriyanın yeni kansleri and içib - YENİLƏNİB Bu gündən COVID-19 pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi - FOTO Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil edilir Batumidə yaşayış binası çöküb - YENİLƏNİB Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi İraq parlamenti buraxılıb Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq Dini liderlərin VII qurultayının tarixi açıqlanıb Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb