Angela Merkel Bakıya gəlməkdən imtina etdi

Almaniyanın "Tagesspiegel" qəzeti öz mənbələrinə isnadən bildirib ki, Almaniyanın birinci şəxsləri və hökumət üzvləri iyunun 12-də Bakıya Avropa Oyunlarının açılış mərasiminə getməyəcəklər.
 
“Kansler Angela Merkel Bakıya getməyəcək. Bundan əlavə, idmana kuratorluq edən daxili işlər naziri Tomas de Mezyer Azərbaycana səfərdən imtina edib. Almaniya prezidenti Yoahim Qauk də iyunun 12-də Berlində olacaq”, - qəzet yazıb.
 
"Turan" bildirir ki, məqalənin müəllifi Klaudiya fon Zalzen səfərdən imtinanın səbəblərini Azərbaycanda siyasi məhbusların olması ilə əlaqələndirib./

Google+ WhatsApp ok.ru