Ankara AB-nin Türkiyədəki səfirinin istefasına reaksiya verib 15 İyun 2016 01:00 Ölkə Ankara AB-nin Türkiyədəki səfirinin istefasına reaksiya verib Türkiyənin Avropa Birliyi naziri və bu birlik ilə müzakirə heyətinin sədri AB-nin səfirinin rəftarını qeyri-demokratik adlandırıb və deyib: Onun Türkiyədəki fəaliyyətinin davam etməsi artıq mənasız idi. Maide.Az xarici mediaya istinadən verdiyi məlumata görə, Slovakiyada rəsmi səfərdə olan Türkiyənin yeni naziri Ömər Çelik deyib: Hanscorc Haber hər bir diplomatın fəaliyyət göstərdiyi ölkənin dəyərləri və prezidentinə hörmət kimi iki əsas prinsipə riayət etməyib. Ötən il oktyabr ayından Avropa Birliyinin səfiri kimi Türkiyədə fəaliyyətə başlayan Haber ötən ay Ankarada müxbirlərə verdiyi müsahibədə Türkiyənin miqrantların geri qaytarılması müqaviləsi barədəki mövqeyi eləcə də AB-nin Terkiyə vətəndaşlarına viza rejimini ləğv etməsi mövzusunu tənqid etdikdən sonra öz vəzifəsindən istefa verdi. Türkiyə prezidenti Rəcəb Təhhib Ərdoğan son çıxışlarında AB-ni Türkiyə vətəndaşlarına şengen vizasını tezliklə ləğv etməzsə Türkiyə parlamentinin AB ilə miqrantlar barədə imzaladığı razılaşmanı ratifikasiya etməyəcəyi ilə hədələmişdi. Avropa Birliyi bunun üçün 72 meyar müəyyənləşdirib, Türkiyə 69 meyarı yerinə yetirib. / Teqlər : #Ankara ABnin Türkiyədəki səfirinin istefasına reaksiya verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyə yüksələcək Bu gün 350 dustaq azadlığa çıxır