AİP lideri Hacı Mövsüm Səmədov yenə karsa salındı

Hacı Mövsüm Səmədov yenidən "Kars"a salınıb
 
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov növbəti dəfə cəza kamerasına salınıb. Bu barədə AzadXeber.az-a ruhaninin yaxınları məlumat verib. 
 
Xatırladaq ki, bir müddət öncə mübariz ruhani saxlanıldığı Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində baş verən neqativ halları mətbuata çıxardığına və orada cəza çəkən məhbuslar arasında əxlaqi dəyələri təbliğ etməsinə görə 12 saylı CÇM-nə köçürülmüşdü. Burada isə həbsxana rəhbərliyi tərəfindən iki dəfə ardıcıl olaraq “kars”a salınmışdı. Bu dəfəki kars cəzası isə artıq üçüncüdür. 
 
Onu da qeyd edək ki, iki gün bundan öncə 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında məhkəmə Hacı Mövsüm Səmədovun Qobustan qapalı rejimli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb. 
 
Ölkə ruhaniləri və inanclı kəsim Hacı Mövsüm Səmədova qarşı atılan bu addımları siyasi sifariş hesab edir. /

Google+ WhatsApp ok.ru