Aprel ayından bəri işsizlərin sayı 36,6 faiz artıb

Aprel ayından bəri işsizlərin sayı 36,6 faiz artıb

Dövlət Statistika Komitəsindən Turan-a verilən məlumata görə, bu ilin 1 avqust tarixinə Azərbaycanda işsizlik səviyyəsi 6,6%-ə çatıb.

 
Rəsmi məlumatlara görə, avqust ayının əvvəlində işsizlərin sayı 348,6 min nəfərə çatmışdır ki, bu da 93,5 min nəfər və ya bu ilin 1 aprel tarixinə, yəni koronavirus pandemiyası ilə mübarizənin və vətəndaşların hərəkətinə məhdudlaşdırıcı tədbirlər başlandığı günlərə nisbətən 36,6% çoxdur. /turan/

Google+ WhatsApp ok.ru