Apreldə əhalinin mağazalardan alış-verişi azalıb – rəqəmlər

Apreldə əhalinin mağazalardan alış-verişi azalıb – rəqəmlər

“FED.az”da “Apreldə əhalinin mağazalardan alış-verişi azalıb – rəqəmlər” sərlövhəli yazıda Azərbaycanda aprel ayında alış-verişin azalmasından bəhs edilir.
 
Müəllif Statistika Komitəsinə istinadən 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq malların, o cümlədən 6169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5346,4 milyon manatlıq qeyri-ərzaq malları satıldığını bildirir.
 
Müəllifə görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflədib və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.
 
“Ümumilikdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artıb”.
 
Müəllif deyir ki, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 46,4 faizi isə qeyri-ərzaq məhsullarının payına düşüb.
 

Google+ WhatsApp ok.ru