Arakanlı müsəlmanlar indi də təbii fəlakətlə mübarizə aparır - VİDEO

Arakanlı müsəlmanlar indi də təbii fəlakətlə mübarizə aparır - VİDEO

Radikal buddist Myanma hökumətinin zülmündən qaçaraq Banqladeşə sığınan Arakanlı müsəlmanları indi də təbii fəlakətlə üz-üzə qalıb.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, güclü Musson yağışları nəticəsində qaçqınların düşərgələri sel suları altında qalıb.
 
Aclıq və susuzluqla mübarizə aparan arakanlılar, hazırda çətin təbii şəraitsə həyatda qalmağa çalışır.
 
Qeyd edək ki, qaçqınların Myanmaya qaytarılaraq həyat səviyyələrinin yaxşılaşdırılması və onlara vətəndaşlıq hüquqlarının verilməsi barədə göstərişlər olsa da, Myanma hökuməti hələ ki, heç bir addım atmayıb.
 
Qeyd edək ki, ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və qətliamlar başlayıb və bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb. BMT  ordu və ifratçı buddistlərin bu qırğınlarını "etnik təmizləmə" adlandırıb. 
 
 

Google+ WhatsApp ok.ru