`Araz` klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb

`Araz` klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb

 
İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən Araz hazırda qrup lideridir
Azərbaycan çempionu "Araz" futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, 2-ci qrupun ikinci oyununda rəqib Kosovanın "Feniks" klubu olub.
 
Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçirilib. Ölkə çempionu bu görüşü da qələbə ilə başa vuraraq turnirin elit rounduna vəsiqəni böyük ölçüdə təmin edirb.
 
İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən "Araz" (7:1) hazırda 6 xalla qrup lideridir.
 
"Araz" qrupdakı son oyununu oktyabrın 14-də "Jelezarets"ə qarşı keçirəcək.
 
Qeyd edək ki, turnirin reqlamentə əsasən əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit rounda yüksələcək. (report) /
 
Futzal, UEFA Kuboku
Əsas mərhələ
2-ci qrup
19:30. "Araz" (Azərbaycan) - "Feniks" (Kosova) - 1:0
Qol: Xətai Bağırov, 11
Hakimlər: Simon Todoroviç (Sloveniya), Moşe Bohbot (İsrail), Vasilios Xristodulis (Yunanıstan)
Skopye, Boris Trajkovski adına İdman Mərkəzi

Google+ WhatsApp ok.ru