Araz Quliyevin məhkəməsi yenidən təxirə salındı

Bu gun Bakı Apellyasiya Məhkəməsində Araz Quliyevlə bağlı verilən şikayətə baxılıb.
 
Cenubnews.com xəbər verir ki, hakim Vaqif Mursaqulovun icraatına verilən iş may ayının 20-i saat 12:15-ə qədər təxirə salınıb. Buna səbəb Araz Quliyevin məhkəməyə gətirilməməsi olub.
 
Xatırladaq ki, bundan öncə mayın 13-de keçiriləcək məhkəmə mayın 18-dək təxirə salınmışdı. 
 
Qeyd edək ki, mart ayının 19-da 14 saylı Cəzaçəkmə Müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevi 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqqında qərar qəbul edib.Qərarda qeyd edilib ki, baş redaktor A.Quliyev həbsxanada intizam qaydalarını pozur, müəssisənin təmir işlərinə köməklik etmir.Dustaqlar arasında dini təbliğat aparır, dini mərsiyələr oxuyur./
 

Google+ WhatsApp ok.ru