ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 32% azalıb 18 Fevral 2015 02:00 İqtisadiyyat 2015-ci ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 118 mln 502 min manat olub, deyə şirkətin saytı məlumat verir. Məlumat verildiyi kimi, 2014-cü ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 173 mln 578 min manat olub. Beləliklə, yanvarda şirkətin dövlət büdcəsinə köçürmələri 31,7% azalıb. ARDNŞ-nin DSMF-yə icbari sosial sığorta üzrə ayırmaları 2015-ci ilin yanvarında 11 mln 931 min manat (azalma 11,6%) olub. 2014-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə vergi ayırmaları 1 mlrd 855 mln 230 min manat olub. 2015-ci ildə dövlət büdcəsinə 1,5 mlrd manat vergi ödənişi planlaşdırılıb. * ARDNŞ-nin məlumatına görə, 2015-ci ilin yanvarında Ceyhan limanında Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $49,53 olub. 2014-cü ilin yanvarında bu göstərici $108,76 idi. Teqlər : #ARDNŞnin dövlət büdcəsinə ayırmaları 32% azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazir mobil tariflərin qiymətindən danışdı İranın enerji nazirinin müavini Azərbaycana səfər edəcək