ARDNŞ Asiyanın qaz bazarına girir: Hind şirkəti ilə anlaşma imzalandı

Hindistanın iri qaz nəqli və marketinqi şirkəti GAİL bu gün elan edib ki, Azərbaycanın Dövlət Neft Şirkəti ilə (ARDNŞ/SOCAR) qarşılıqlı anlaşma haqda memorandum imzalayıb.

 Virtualaz.org saytı Hindistanın biznes mediasına istinadən xəbər verir ki, memoranduma əsasən iki şirkət sıxılmış qaz istehsalı və satışında, habelə satın alınmasında və dünyanın müxtəlif yerlərində sıxılmış qaz layihələrində əməkdaşlığını nəzərdə tutur.  

Həmçinin GAİL və SOCAR sıxılmış qaz marketinqi və nəqli məsələsində əməkdaşlıq edəcək. Hindistan və Azərbaycan şirkətləri neft-kimya layihələrinə birgə investisiya yatırılması və hasilat biznesində yeni imkanların axtarışında da əməkdaşlığa razılıq veriblər.  Memorandumun imzalanması ilə bağlı GAİL-in icraçı direktoru və idarə heyətinin sədri BC Tripathi bildirib: “Biz SOCAR-la bu strateji tərəfdaşlıq münasibətlərindən şadıq. Hər iki tərəfin təcrübəsi və imkanları təbii qaz və sıxılmış qaz biznesində ortaq biznes layihələrinin həyata keçirilməsinə imkan verəcək”. /

Google+ WhatsApp ok.ru