Arzu Abdullayeva: `“Qızıl amnistiya`nın verlməsi üçün müraciət hazırlayırıq”

Artıq bir neçə gündür 31 dekabr ərəfəsində əfv olacağına dair məlumatlar verilir. Belə ki, bu əfvin daha geniş bir siyahıya aid olacağını da güman edənlər var. Bununla bağlı rəsmi olaraq əfv komissiyasından münasibət bildirilməsə də, ekspertlər belə bir əfvin olacağını istisna etmirlər. Son vaxtlar Qərbin bir çox dairələrindən hökumətin ünvanına insan haqlarına olan təzyiqlər barəsində ciddi tənqidləri gəlməkdədir. Bu baxımdan  əfv qərarı bu tənqidləri müəyyən dərəcədə yumşaltmağa yönəlik addım atmaq baxımından çox mühüm rol oynaya bilər. Uzun fasilədən sonra fəaliyyətini bərpa edən İşçi Qrup əfv fərmanının verilməsində müəyyən addımlar ata bilər.

Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi, İşçi Qrupunun üzvü Arzu Abdullayeva deyib ki, məsələ ilə bağlı müraciət hazırlanır: “Müzakirələr olub, əfv uçun çalışırıq. İlk olaraq xəstə və işlərinə dair Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmış siyasi məhbusların adlarını vermişik. Müraciət hazırlayırıq ki, "Qızıl amnistiya" olsun”. /

Google+ WhatsApp ok.ru