Aslan İsmayılov: “Hökumət islahatlara getməsə, proses hakimiyyətin sonuna gətirəcək”

Ölkə başçısı son çıxışlarının birində gələn il üçün bir sıra məsələlərlə bağlı fikirlər səsləndirdi. Belə ki, ölkə yeni situasiya ilə işləyəcəyini bildirdi. Daha sonra isə əlavə xərclərin qənaət ediləcəyini də bildirdi. Bəzi eskpertlər bir sıra nazirliklərlə bağlı da ciddi addımların atılacağını istisna etmirlər. Artıq bir sıra nazirliklərlə bağlı tənqidi fikirlərin səsləndirilməsi prosesi də bu cür addımların real ola biləcəyini istisna etmir.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən vəkil Aslan İsmayılov deyib ki, əgər tezliklə ölkədə köklü islahatlar aparılmasa, ölkə uçuruma yuvarlanacaq: “Azərbaycanda hər hansı islahatın aparılması ilə bağlı heç bir fikir söyləmək mümkün deyil. Artıq bütün məntiq və qanun baş verənlərin qarşısında gücsüzdür.
Yalnız onu demək lazımdır ki, əgər tezliklə ölkədə köklü islahatlar olmasa ölkə uçuruma yuvarlanacaq. Bütün bunları görmək üçün o qədər çox zamana ehtiyac yoxdur. Son günlər ölkədə müəyyən islahatların aparılması ilə bağlı fikirlər sələndirilir. Amma bu söyləntilərə o qədər də inanmaq olmur. Çünki, hökumət baş verənləri anlayan olsaydı bu vaxta qədər analayardı və bu səviyyəyə də gətirib çıxartmazdı.
Əgər hökumət indi də anlayıb bir nəticə çıxartmayacaqsa onda ilk növbədə bu proseslər hökumətin sonuna gətirəcək. Mən ölkədə islahatların reallaşmasını çoxdan zəruri hesab edirəm. Sadəcə hökumətin heç bir addımında nə qanuna, nə də məntiqə riayət olunduğunu görmədiyimdən indi də islahatlara gedilib-gedilməyəcəyi ilə bağlı dəqiq fikirlər söyləməkdə çətinlik çəkirəm”. /
 

Google+ WhatsApp ok.ru