Aslan İsmayılov: “Azal və XİN Azərbaycana düşmən mövqedə durublar”

Azərbaycanda Türkiyənin aşağı büdcəli «Pegasus» aviaşirkəti yeni qış kampaniyasına başlayıb. Onsuz da ciddi şəkildə qiymət fərqi yaradan bu aviaşirkət, yeni kampaniya ilə daha ucuz qiymətlər təklif edir. Amma uzun illər ölkədə fəaliyyət göstərən yerli aviaşirkət “Azal”, qiymətlərində hələ də ciddi endirimlər etmək fikrində deyil. Bu istiqamətdə dəfələrlə məsələ qaldırılsa da “Azal” da qiymətlər endirilmir. Bu da təbii ki, bir çox sahələrdə öz mənfi təsirini qoyur.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən vəkil Aslan İsmayılov deyib ki, Düşmən “Azal”-ın etdiyini edə bilməz: “Mən bu günlərdə səhhətimlə bağlı “WizzAir” şirkəti ilə Budapeştə və geri 150 avroya uçdum. Geri qaytıdıqda ilk dəfə idi ki, Azərbaycana qrup şəklində turistlərin gəlməsini müşahidə etdim. Turistlər 2 qrupdan ibarət idi və hər qrupda 15-20 nəfərlik bir heyyət var idi. Bu gün “Azal”ın Azərbaycana qarşı tutduğu mövqe bir düşmənçilik mövqeyidir. Əslində Azərbaycanda turizm üçün infrastruktur pis deyil və Avropadan geri qalmır, xaricilərin də Azərbaycana gəlmək istəyi var. Bakı, Qəbələ, Masallı, Qusar, Zaqatala və s. kimi gözəl turizm mərkəzləri var. Bu gün Azərbaycana qarşı düşmən mövqeyində dayanan “Azal”-dır, digəri isə Xaric İşlər Nazirliyidir. İş yerimin yaxınlığında Fəvvarələr Meydanında turistlərlə maraqlandım və mənə deyilən bu oldu ki, Azərbaycana gəlmək ciddi problemdir. İlk olaraq qiymətlər çox bahadır, ikincisi isə Azərbaycana gəlmək üçün viza almaq müşküllü bir məsələdir. Neft pullarının azaldığı, işsizliyin tüğyan etdiyi bir vaxtda bu iki qurum Azərbaycana kömək etmək əvəzinə düşmənçilik edir. İlk olaraq “Azal” bütün istiqamətlərdə qiymətləri aşağı salmalıdır. Çünki, “Azal”ın qazandığı Cahangir Əsgərov kimilərin cibinə gedir. “Azal” qiymətləri aşağı salsa bundan bütövlükdə dövlət və xaql udacaq. Azərbaycana minlərlə turist gələcək. Turistlər çox vaxt boş olan mehmanxanalarda qalacaqlar. Eyni zamanda ölkəmizin müxtəlif turizm mərkəzləri, digər infrastrukturlar müştəri çatışmazlığı yaşamayacaq və onların işləri artacaq. Nazirlər Kabineti bu istiqamətdə təcilili tədbirlər görməlidir. Bu günlərdə 2 günlüyünə Gürcüstana getdim. Tiflisin mərkəzində gürcüstanlıdan daha çox turistə rast gəldim. Bakı Tiflisdən də cəlbedicidir, rayonlarımız oralardan da mənzərəlidir. Amma Bakının mərkəzində demək olar ki, turist görə bilmədim. Bu durum yenə təkrar edirəm ki, 2 amillə bağlıdır: bir “Azal”ın qiymət inhisarından, bir də XİN viza məsələsində problem yaratmasından. Özünə hörmət edən ölkə viza məsələsində problem yaratmır. Almaniya kimi ölkəyə Azərbaycandan daha asan şəkildə viza almaq mümkündür. Bütün bu məsələlərin də kökündə rüşvət amili, məmurların acgözlüyü və daha çox rüşvət yığmaq istəyi dayanıb”.(Deyerler.org)
 

Google+ WhatsApp ok.ru