ATƏT-in Baş katibi: ‘Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram’ 24 Aprel 2019 15:48 Qarabağ xəbərləri "Rusiya ATƏT məkanında çoxdan qalmış, yeni yaranan və həll edilməmiş münaqişələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatlarında əsas tərəfdaşdır". "Report" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib. "Rusiyanın bu formatlarda münaqişələrin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram", o bildirib. T.Qreminger qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Rusiya Xarici İşlər naziri ilə görüş zamanı daha geniş müzakirə olunacaq. Teqlər : #ATƏTin,#Baş,#katibi:,#‘Rusiyanın,#Dağlıq,#Qarabağ,#münaqişəsinin,#həlli,#üçün,#nüfuzundan,#istifadə,#edəcəyinə,#ümidvaram’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəhid qızı Zəhra - Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm Cəbhədə insident: ermənilər uşaqlara atəş açdı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni