Avropa Liqası: “Qəbələ” və “Qarabağ”ın rəqibləri müəyyənləşib 05 Avqust 2016 01:00 İdman Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edib. Püşkatmada Azərbaycan klubları “Qarabağ”la “Qəbələ”nin də rəqibləri də bəlli olub. Çempionlar Liqasında mübarizəni dayandırıb, çıxışını bu turnirdə davam etdirən “Qarabağ” İsveçin “Höteborq” klubu ilə qarşılaşacaq. Avropa Liqasında 3 mərhələ adlayan “Qəbələ” isə Sloveniyanın “Maribor” klubu görüşəcək. Pley-offun avqustun 18-də baş tutacaq ilk oyunlarında “Qəbələ” və “Qarabağ” səfərdə oynayacaq. Cavab matçları avqustun 25-də baş tutacaq. / Avropa Liqası Pley-off mərhələsi “Maribor” (Sloveniya) - “Qəbələ” (Azərbaycan) “Höteborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) Teqlər : #Avropa Liqası: Qəbələ və Qarabağın rəqibləri müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasının pley-offunun püskü atıldı - SİYAHI Bu gün futbol üzrə Azərbaycan çempionatı başlayır