Avropa Liqasında görünməmiş hadisə: 19 illik rekord qırıldı

Avropa Liqasında görünməmiş hadisə: 19 illik rekord qırıldı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları yeni rekordla əlamətdar olub.
 
Maide.İnfo apasport.az-a istinadən xəbər verir ki, bu hadisə Şotlandiyada yaşanıb.
 
"Reyncers" öz meydanında Lüksemburqun "Proqres" klubunu 1:0 hesabı ilə məğlub edib. "Aybroks" stadionunda baş tutan görüşü 48 min 681 tamaşaçı izləyib.
 
Bu göstərici I təsnifat mərhələsi üçün görünməmiş rəqəmdi. Azarkeş sayında belə rekordun qeydə alınmasına səbəb "Reyncers"in 5 ildən sonra avrokubok səhnəsinə qayıtması olub.
 
Bunadək də rekord Qlazqo təmsilçisinə məxsus idi. 19 il əvvəl Şotlandiya klubunun "Şelburn"la qarşılaşmasını 46 min 900 tamaşaçı izləmişdi. /

Google+ WhatsApp ok.ru