Avropa Liqasının qrup mərhələsində son oyun keçirilib

Avropa Liqasının qrup mərhələsində son oyun keçirilib

Qarşılaşma Genkin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
 
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin son görüşü keçirilib. Təxirə salınmış matçda İtaliya "Sassuolo"su ilə Belçika "Genk"i üz-üzə gəlib. 
 
F qrupunun oyununda qonaqlar 2:0 hesablı qələbə qazanaraq, qrup lideri kimi 1/16 final mərhələsinə yüksəlib. Belçika klubunun heyətində Brayan Heynen və Leandro Trossard fərqlənib.
 
Bununla da "Genk" 12, İspaniyanın "Atletiko" klubu isə 10 xalla növbəti mərhələyə yüksəlib. Avstriya "Rapid"i turniri 6 xalla 3-cü, "Sassuolo" isə 5 xalla sonuncu pillədə başa vurub. (report) /

Google+ WhatsApp ok.ru