Avropa Oyunlarına görə bu yollarda təmir başladı- VİDEO

İlk Avropa Oyunları ilə bağlı təsdiqlənən tədbirlər planına görə Bakı-Quba yolunun 8-ci km-də Bakı Beynəlxalq Avtovağzalına yaxın hissəsində 750 metrlik məsafədə yol hər iki istiqamətdə (həm gediş, həm gəliş) təmir edilir.

 "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, yolun hər iki tərəfi frezlənib: "Yolun bir tərəfinə - Bakıdan Sumqayıt istiqamətinə asfalt-beton örtüyü vurulub, indi gəliş hissəsində iş gedir. İşlər gecə saatlarında aparılır, çünki gündüz hərəkətin intensivliyi çoxdur. Gecə saat 23:00-dan səhər saatlarına qədər iş gedir. Bu gün də gecə saat 23:00-da iş başlanacaq və səhər saatlarına qədər davam edəcək".  

P.Mürsəliyev deyib ki, görülən işlər Avropa Oyunları ilə bağlıdır və şəhərin başqa yerlərində də bu təmir işləri nəzərdə tutulur: "Küçə və prospektlərdə də yollar var ki, orada da cari və orta təmir işləri aparılmalıdır, yenidənqurma işləri ilə əlaqədar bu işlər də görülməlidir. Hərəkət marşrutumuz var və hədəfimiz də odur ki, qısa müddət ərzində bu işləri yerinə yetirək". 

Google+ WhatsApp ok.ru