Avtomobildə ətir vurmayın! - Polis sizi cərimələyə bilər - VİDEO

Avtomobildə ətir vurmayın! - Polis sizi cərimələyə bilər - VİDEO

Ehtiyatlı olun! Maşının içərisində üzərinizə vurduğunuz ətir sizi sərxoş kimi qələmə verə bilər. Ekspert Tural Yusifov sürücüləri diqqətli olmağa çağırır:
 
"Ətir vurmusunuzsa və ya siqaret tüstüsü ətrafda çoxdursa, bu, xətaya təsir edə bilər". 
 
Ekspert  bildirir ki, siqaret və ətirdən əlavə bir çox qidalardan da istifadə etdikdə aparat sizi spirtli içkinin təsiri altında kimi  göstərə bilər. Anlaşılmazlığı aradan qaldırmaq üçün isə, mütləq sürücü tibbi müayinədən keçməlidir. 
 
Narkoloq isə deyir ki, spirtli içkinin miqdarını yoxlayan cihaz ən müasir aparatdır və spirtli içkinin miqdarından başqa heç nəyi göstərmir. 
 
Qeyd edək ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə birinci halda 400 manat cərimə, sürücülük hüququndan məhrum etmə  və inzibati  həbs cəzası tətbiq oluna bilər. 
 
Daha ətraflı videodan izləyin:
 

Google+ WhatsApp ok.ru