Avtomobil idxalı kəskin azaldı - SƏBƏB

Xaricdən idxal olunan avtomobillərin sayı kəskin şəkildə azalıb. Əgər ötən ilin ilk 6 ayı ərzində xaricdən 34 min 359 avtomobil idxal olunmuşdusa, bu ilin ilk 6 ayında bu rəqəm cəmi 17 min 640 ədəd olub.
 
Avtomobil satışı ilə məşğul olanlar idxalın kəskin şəkildə azalmasının əsas səbəbilərindən biri kimi ölkəmizdə "Avro-4" standartının tətbiq olunmasını göstərirlər. Onlar bildirirlər ki, xarici ölkələrdə "avro-4" ekoloji normalarına cavab verən avtomobillər nisbətən baha olduğuna görə, bu avtomobilləri ölkəyə gətirməyə maraq az olur
 
İdxalın azalmasının digər bir səbəbi isə ölkədə avtomobil bazarındakı durğunluq ilə bağlıdır.
 
Avtomobil idxalının azalmasına isə ən çox ekoloqlar sevinirlər. "Avro-4" normalarına cavab verməyən avtomobillər ekoloji baxımdan zərərli olduğu üçün ekoloqlar idxalın minumuma endirilməsini ekoloji cəhətdən məqsədəuyğun hesab edirlər.

Google+ WhatsApp ok.ru