Avtomobilinizi sığorta etdirərkən diqqətli olun

Vətəndaşla sığorta şirkəti arasında yaranan  mübahisələrdən biri sığorta müqaviləsinin qüvvəyə minməsinə görədir.
 
Maide.Az  xəbər verir ki, ANS TV-nin məlumatına görə, bu yaxınlarda paytaxtda baş verən qəzalardan biri bu məsələnin ciddi anlaşılmazlıq yaratdığını ortaya qoyub.
 
Məsələ burasındadır ki, qəzaya uğrayan avtomobilin sahibi səhər saatlarında kasko sığorta müqaviləsi imzalayıb. Günorta isə hadisə baş verib. Və sonda məlum olub ki, şirkət ona sığorta haqqı verməyəcək, çünki müqavilə qüvvəyə minməyib.
 
Əslində isə sığorta müqaviləsi bağlandığı gün gecə saat 12:00-dan etibarən qüvvəyə minir. Lakin  müqavilənin növündən və şərtlərindən asılı olaraq bu dəyişə bilər.
 
Sığorta sahəsi üzrə mütəxəssis Abbas Babayev bildirib ki, bəzən müqavilələrdə sığorta müqaviləsinin qüvvəyə minməsi sığorta haqqının ödənilməsinə bağlana bilər.
 
“Bu cür hallarda sığorta müqaviləsi sığorta haqqının tam məbləğdə və yaxud da əgər hissə-hissə ödəniləcəksə onun ilk hissəsinin ödənildiyi gün 24:00-da qüvvəyə minir. Lakin bəzi şirkətlərdə fərqli prakrtika da mövcuddur. Nə vaxt ki, sığorta şirkəti baxılan şəhadətnamədə konkret buraxılış saatını və ya dəqiqəsini göstərməklə alındığı andan qüvvəyə minməsini təmin edə bilər“,- deyə Abbas Babayev əlavə edib.
 
İcbari sığorta  müqaviləsinin qüvvəyə minmə vaxtı və şərtləri qanunverciliklə müəyyən olduğu üçün şirkətlər burada heç bir dəyişiklik edə bilməzlər. Həmin sığorta növü birmənalı olaraq  gecə saat 12:00 dan etibarən, yəni imzalandığı günün səhəri qüvvəyə minir.
 

Google+ WhatsApp ok.ru