Ayətullah Nuri Həmədani: Azərbaycan xalqı oyaqdır və güclüdür- AUDİO

İslamda rəngin qara olması ya ağ olması  deyil, İslamda  vəhdət, birlik və təqvanın olması şərtdir.  Maide.az xəbər verir ki, bunu Dini mərcəyi təqlid alimlərindən olan Ayətullah Əl-Uzma Nuri Həmədani sentyabrın 3-də Azərbaycana səfəri çərçivəsində Gəncə şəhərində İmamzadə dini-memarlıq kompleksində çıxışı zamanı bildirib. 
" Amerika bu gün çox çarəsizdir. Ağlar və qaralar arasında bərabərlik yarada bilmir.  Bu gün Amerikada qanlar tökülür, hərakatlar baş qaldırır. Lakin İslam bu bərabərliyi  1400 il öncə bərqərar edib", -deyə Ayətullah Əl-Uzma Nuri Həmədani bildirib. 
 
Ayətullah Əl-Uzma Nuri Həmədani çıxışının davamında bildirib ki,  İslam vahid və qardaş bir ümmətin yaradılması  naminə qara, ağ, ərəb, əcəm arasında mənfi üstünlüklərin hamısını ləğv etdi. "Bu gün biz müsəlmanların çoxlu düşmənləri var. Bu düşmənlər çalışır ki, müsəlmanlar arasında ixtilaflar, gərginliklər yaratsınlar. Düşmənlər müxtəlif yollarla bu ixtilafları yaradır, təkfirçi -sələfi, buko-haram, İŞİD və digər adlarla çalışırlar İslama və müsəlmanalara ziyan vursunlar. Bunlar İslamın düşmənləridirlər."
 
Ayətullah Əl-Uzma Nuri Həmədani Azərbaycan xalqına müraciət edib  və  onları sələfirlər, təkfirçilər və vəhhabilərin bu ölkəyə girməsinin qarşısını almağa çağırıb. "Biz hamımız bir olmalıyıq vahid, güclü və  bir cəbhədə düşmənlərin qarşısında dayanmalıyıq. Azərbaycanın hörmətli xalqı, çox ayıq olun ki, sələfilər, təkfirçilər, vəhhabilər, bu ölkəyə gəlməsinə izn verməyin. Azərbaycan xalqı oyaqdır, güclüdür və bu kimi halların qarşısını ala bilər."
 
Ayətullah Əl-Uzma Nuri Həmədani deyib ki, biz müsəlmanlar bu gün  kafirlər, sionizm və münafiqlərin  qarşısında güclü cəbhə yaratmalıyıq. / 

Google+ WhatsApp ok.ru