Ayətullah Xamenei: İdmançı qadının tam islami hicabla çempionluq pilləsində durması qələbəsindən daha çox fəxr ediləsidir 02 Fevral 2016 02:00 Çıxışlar Ali Lider Ayətullah Seyyid Əli Xaenei bildirib ki, din və inqilab yolunda fədakarlıq xas bir təqəbəyə məxsus deyil və bütün təbəqələr bu böyük və mənəvi müsabiqədə iştirak etməlidirlər. Maide.az xəbər verir ki, Ayətullah Xamenei İranın idmançı şəhidləri konqresinin təşkilatçıları ilə görüşdə idmançı şəhidlərin anılmasını inqilabçı fikirin yüksəlişi və əhval-ruhiyyənin güclənməsi kimi qiymətləndirib. “İdmançı gənc təbii surətdə gənclərin mühüm hissəsi üçün bir meyardır və onun əxlaqı, rəftarı, yaşayış tərzi və keyfiyyəti təsirli ola və cəmiyyəti din, əxlaq və mənəviyyata doğru sövq etdirə bilər.” Ayətulla Xamenei "pəhləvan" kəlməsini yerli və milli ifadədə imtiyaza malik bir ləqəb adlandırıb və idman mühitlərində layiqli davranışlar sərgiləyən idmançıları alqışlayıb. “Sionist rəqiblə güləşməkdən imtina edən idmançının, yaxud çadra və ya tam islami hicabla çempionluq pilləsində duran idmançı qadının bu hərəkəti, dövlət himninin oxunmasından və ya çempion olaraq ölkənin bayrağını yuxarı qaldırmasından daha çox fəxr ediləsi məsələdir.” Ayətullah Xamenei bu kimi davranışları döyüş meydanına getmək kimi və müsəlman iranlının güclü əhval-ruhiyyəsinin təzahürü kimi dəyərləndirib. “Bu, illüziya yaradan hissiyyatlar və illüziyalar dalğası qarşısında məğlub olmayan kəslərin güclü elementi və metalının möhkəmliyi və bir xalqın mahiyyətinin göstəricisidir və elə bir iş görmək lazımdır ki, idman mühiti bu səmtə doğru hərəkət etsin”. Ali Lider mübarizə meydanlarında dəyərləri qoruyan iranlı idmançıların hərəkətlərini yüksək qiymətləndirərək bildirib: “Lazım olan işlərdən biri, yarışlarda Allahın adını çəkən və ya rəqibin kürəklərini yerə vurandan sonra səcdə edən idmançıların yüksək dəyərləndirilmələridir.” Ayətullah Xamenei bu hərəkəti İslami İranın mahiyyəti və şəxsiyyətinin simvolu olduğunu və onun gücləndirilməsi vacibliyini vurğulayıb. Qeyd edək ki, Ayətullah Xameneinin İranın idmançı şəhidlər konqresinin təşkilatçıları ilə yanvarın 11-də görüşündəki bəyanatı bu gün fevralın 2-də səhər bu məqsədlə Tehrandakı Azadi idman kompleksinin 12 min nəfərlik zalında keçirilən konfransda səsləndirilib./ Teqlər : #Ayətullah Xamenei: İdmançı qadının tam islami hicabla çempionluq pilləsində durması qələbəsindən daha çox fəxr ediləsidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Qərb ölkələri heç vaxt İran xalqının etibarını qazana bilməyib-FOTO Ayətullah Xamenei İslam İnqilabının həndəsəsi haqqında
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO