Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib-YENİLƏNİB- FOTO 20 Mart 2016 02:00 Çıxışlar “Müqavimət iqtisadiyyatı, hərəkət və icra (əməl)” ili Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı və İranda yeni günəş ilinin başlanması münasibəti ilə təbrik edib. Maide.az xəbər verir ki, Ayətullah Xamenei yeni ilin həm başlanğıcda və həmdə sonunda Həzrət Fatimə (s)-ın mübarək adı bərəkətindən İran və Novruz bayramını qeyd edən bütün xalqlara xeyir-bərəkət gətirəcəyinə ümidvar olduğunu bildirib. Ayətullah Xamenei İran xalqı və hökumətini birliyə çağırıb və yeni günəş ilini “Müqavimət iqtisadiyyatı; hərəkət və icra (əməl) “ ili adlandırıb. Ayətullah Xameneinin təbrik mesajında bildilir: Qədəm qoyan h-ş. 1395-ci il həm başlanğıc, həm də sonda Xanım Zəhranın (s.ə) adı ilə bərəkətlənib... Ümid edirik ki, bu il Xanım Zəhranın (s.ə) bərəkəti ilə mübarək olsun, o həzrətin mənəviyyatından, göstərişlərindən, həyatından dərs alaq, faydalanaq. İnsan ömrünün illəri, günləri həm imkanlar və həmdə təhdidlərdən (maneələr) ibarətdir. Biz imkanlardan istifadə etməyi və təhdidləri imkanlara çevirməyi bacarmalıyıq. Qarşımızda olan yeni ildə də, digər illərdə olduğu kimi imkanlar və təhdidlər var. Məharətimiz olmalıdır ki, bu ildə imkanlardan istifadə edək, təhdidləri də imkanlara çevirək. Yeni il üçün ümidlər var, İnsan ümumi vəziyyəti müşahidə etdikdə ümidləri görür. Əlbətdə bu ümidlərin reallaşması üçün çalışmaq lazımdır. Gecə - gündüz işləmək, fasiləsiz çalışmaq lazımdır. İran xalqı bir iş görməlidir ki, düşmən və onun düşmənçiliklərindən qoruna bilsin, təhlükəni sıfra endirsin. Düşünürəm ki, iqtisadiyyat mövzusu bizim birinci proritetimizdir. Yəni baxanda görürük ki, bütün önəmli məsələlər içərisində hamısından daha proriteti iqtisadiyyat məsələdir. Əgər millət və hökumət, məsullar iqtisadiyyat sahəsində lazımi işləri görə bilsələr, bu ictimai, əxlaqi problemlərin, mədəniyyət problemlərinin də həllinə öz təsirini göstərər. Bu problemlər müqavimət iqtisadiyyatı sayəsində həllini tapa bilər. İqtisadi sahədə önəmli və əsas olan daxili istehsaldır. Iş yerlərinin yaradılması və işsizliyi aradan qaldırmaq. İqtisadi rifah və hərəkətlilik yaratmaq və iqtisadi durğunluq ilə mübarizədir. Əgər biz iqtisadi durğunluq problemini həll etmək istəyiriksə, daxili istehsal problemini həll etməliyik .İşsizlik problemini həll etmək istəyiriksə, bahalığı aradan qaldırmaq istəyiriksə, bütün buproblemlərin həll yolu iqtisadi davamlılıq və müqavimət iqtisadiyyatındadır. Bu il üçün “Müqavimət iqtisadiyyatı, hərəkət və icra” şüarını seçirəm. Təbii ki, bu hərəkət və icra bir il içində bütün problemləri aradan qaldıra bilməz, bunu gözləmirik. Amma təsirləri ilin sonunda özünü göstərər./ Teqlər : #Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edibYENİLƏNİB FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: İslam Respublikasının konkret siyasəti Asiya ölkələri ilə əməkdaşlıq etməkdir -FOTO `Amerika nüvə sazişində verdiyi vədələrə əməl etmədi`
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO