Ayətullah Xamenei: Silahlı qüvvələrin əməliyyat gücü və mənəvi motivasiyası gücləndirilməlidir 10 Aprel 2016 01:00 Çıxışlar Ali rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün İran Silahlı Qüvvələrinin zabit heyəti ilə görüşündə bildirib ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ən önəmli göstərici onların əməliyyat gücü ilə yanaşı mənəvi motivasiyaya da sahib olmasıdır. Maide.az xəbər verir ki, Ali rəhbər görüşdə onu da bildirib ki, İslam Respublikası sistemində Silahlı Qüvvələrin əsas vəzifəsi milli sərhədləri qorumaq və sabitliyi təmin etməkdir. Bu qüvvələrin həm əməliyyat gücü, həm də mənəvi motivasiyası hər gün gücləndirilməlidir. Çıxış zamanı Ayətullah Xamenei dünya ölkələrinin bir çoxunda iki növ ordunun mövcud olmasından bəhs edərək vurğulamışdır ki, “Bəzi ölkələrdə ordu və təşrifat xarakterli hərbi qüvvələr əməliyyat gücünə malik olmayaraq sadəcə hökuməti və hakimiyyətdə olanların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuşdur. Belə ordular bizim bölgədə də mövcuddur və onların bəzisi bir ildən çoxdur ki, bütün gücü ilə Yəmən və xalqına qarşı amansız hücumlar təşkil etmiş, lakin uğur əldə edə bilməmişdir. Dünyada mövcud olan ikinci növ ordu isə zahirdə əməliyyat və hərbi gücə sahib olsa da, əməliyyat meydanında onların işi yalnız məntiqsiz zorakılıqdan ibarətdir. Amerika ordusunun İraqda və Əfqanıstanda törətdikləri qanlı səhnələr də bu növ qoşunlara bariz nümunələrdir. Bu tip silahlı qüvvələr əməliyyat meydanında gücləri çatmayanda, hətta Blackwater kimi profesional cinayətkar qüvvələrdən də istifadə etməkdən çəkinmirlər.” Ali rəhbər onu da əlavə edib ki, dünyada həm məktəbi, həm mənəvi motivasiyası, həm də iş bacaran, eyni zamanda da müstəqil ölkəyə məxsus olan yeganə ordu İran İslam Respublikası ordusudur. Yekun olaraq Ali Rəhbər nəzərə çatdırıb ki, İran Silahlı Qüvvələri hansısa şəxs, partiya və ya cəbhəyə deyil, bəlkə də bütün xalqa və ölkəyə məxsusdur. Bu səbəbdən də xalqın təhlükəsizliyini təmin etmək və milli təhlükəsizlyi qorumaq onların əsas borcudur./ Teqlər : #Ayətullah Xamenei: Silahlı qüvvələrin əməliyyat gücü və mənəvi motivasiyası gücləndirilməlidir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Amerika və bəzi Qərb ölkələrinə güvən yoxdur-FOTO- YENİLƏNİB `İslam Ölkələri bir-birləri ilə sədaqətli əməkdaşlıq etməklə terrorizmi İslam Dünyasından uzaqlaşdıra bilirlər`- FOTO- YENİLƏNİB
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO