Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb 29 İyul 2014 01:00 Ölkə Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb. Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb. Bayram namazının qılınmasından sonra A. Paşazadə jurnalistlərə açıqlamasında Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqa rifah, əmin-amanlıq arzulayıb, Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar etdiyini bildirib. Qeyd edək ki, Azərbaycanda dünən və bu gün Ramazan bayramı qeyd olunur. İyunun 29-da başlayan Ramazan ayı başa çatır. Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 28-i və ya 29-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır. Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Teqlər : #Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bayram namazından sonra möminlər talassemiyalı uşaqları sevindirəcək `Məşhədi Dadaş` məscidində qanvermə aksiyası keçirilir (Foto)