Azərbaycanda avqustun 30-na keçən gecədən hava şəraiti dəyişəcək, temperatur enəcək 27 Avqust 2014 01:00 Ölkə Avqustun 29-u gecə saatlarından başlayaraq Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ilkin proqnoza əsasən avqustun 29-dan 30-na keçən gecədən başlayaraq paytaxt Bakıda cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Avqustun 30-u hava küləkli olacaq. Sentyabrın ilk günləri də daxil olmaqla avqustun 30-dan başlayaraq hava nisbətən sərinləşəcək, temperatur enəcək. Avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək. Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılıb. Azərbaycanın əksər rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti qeyd edilib. / Teqlər : #Azərbaycanda avqustun 30na keçən gecədən hava şəraiti dəyişəcək,#temperatur enəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Laçında yeni qəsəbə salır- Foto+Video Bakıda məhkumlar əkinlə məşğul olacaqlar (FOTO)