Azərbaycanda orta məktəblərdə Quran dərslərinin keçirilməsinin zəruriliyi vurğulanıb

Azərbaycan İslam Partiyası Analitik İnformasiya Mərkəzinin  növbəti toplantısını keçirilib. Toplantıda müzakirə edilən məsələlər barədə İslaminsesi .az saytına  AİM üzvü  Rövşən Nuriyev məlumat verib.  Onun sözlərinə görə, iştirakçılar əsəsən Dağlıq Qarabağ məsələsi, orta məktəblərdə Quran dərslərinin keçirilməsinin gündəmə gətirilməsi, Azərbaycanda iqtisadiyyatın davamlı inkişafının təminatı, Azərbaycan Prezidentinin İslam İnqilabının rəhbəri  Ali Lider  cənab Seyyid Əli Xameneiə səhhəti ilə bağlı məktub ünvanlaması, ABŞ-ın  İŞİD-ə qarşı koalisiya yaratmasında qeyri-səmimilik və ikili münasibətlər və digər məsələlər barədə  münasibət bildiriblər.
 
Çıxış edənlər erməni təxribatçılarının işğal olunmuş ərazilərdə divar sədləri çəkmək cəhdlərinə diqqəti  cəlb edərək  bunun  sionist İsrail rejiminin əməlləri ilə eynilik təşkil etdiyini qeyd ediblər: “Erməni qəsbkarları bunu Azərbaycan ərazilərində həyata keçirməklə işğalı daha da genişləndirmək niyyətindədirlər. Onlar  münaqişənin həlli üçün heç zaman konstruktiv mövqe tutmayacaqlar, çünki  Azərbaycan ərazilərini özəlləşdirmək planları var.  Torpaqların azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və düşməni geri oturtmaq üçün xalqın potensialına və iradəsinə arxalanmaq, xarici  qüvvələrin ortaq maraqlarından birmənalı şəkildə imtina etmək vacibdir”.
 
AİM üzvləri orta məktəblərdə Quran dərslərinin keçirilməsi məsələsinə də mövqe bildirib. Bunun vacib olduğunu qeyd edən natiqlər deyiblər ki, əhalisinin 95 faizindən  çoxunun  müsəlman olduğu ölkədə İslam dininə əhəmiyyət verilməlidir, o cümlədən, azərbaycanlılarla hər gün təmasda olan, qohumluq əlaqəsi yaradan digər dinlərin nümayəndələri də dinimizin vacib şərtlərini bilməli, İslam mədəniyyətinə  bələd olmalıdırlar. Bunun üçün insanların Quran biliyinə  yiyələnməsi zəruridir:” Bu iş sadəcə doğru-düzgün Quran mütaliəsi olan, onu hərtərəfli  izah edə bilən, tələffüzü düzgün olan bilicilərə tapşırılmalıdır.” Bu gün ruhanilərə  vahid  geyim formasının təsvirinin təqdim edilməsini düzgün hesab etməyən,  tarix boyu əba-qəbası ilə cəmiyyətdə hörmət qazanan, seçilən ilahiyyatçıların  qeyri-ənənəvi geyimdə olacaqları  barədə danışan Vüqar İbayev  vahid geyim formasında  dəyişikliyin məqsədəuyğun olmadığını bildirdi. “Kiməsə bənzəmək heç də həmişə uğur gətirmir,” -deyə qeyd edən  V. İbayev bunu inanclı cameədə  narahatçılıq yaradacağını bildirdi.
 
Toplantı iştirakçıları Azərbaycan Prezidentinin Seyid Əli Xameneiə səhhəti ilə bağlı səmimi məktubunun iki dövlət və qardaş xalqlar arasında qarşılıqlı  münasibətlərin  daha da yaxınlaşmasına xidmət edəcəyini vurğuladılar.
 
İslamçılar ABŞ-ın öz  yetirməsi olan İŞİD-ə qarşı koalisiya yaratmasının qeyri-səmimiliyini də açıqlamaqla,bunun Suriyaya açıq silahlı müdaxiləsi üçün  bəhanə  əldə etmək cəhdi hesab edirlər: “İraqı parçalamaq planı və bunu İŞİD-in əli ilə həyata keçirmək niyyətinin  boşa çıxmasına rağmən, indi  ölkəni bombalaması da  sadəcə gözə kül üfürməkdir “-deyə AİM üzvləri müsəlman ölkələrinə daha diqqətli  olmağı tövsiyə edibər. /

 

Google+ WhatsApp ok.ru