Azərbaycanda dini qurumların dövlət qeydiyyatına dair yeni tələb müəyyənləşib 18 Sentyabr 2014 01:00 Ölkə Azərbaycan Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib. Dəyişiklik dini qurumların dövlət qeydiyyatı ilə bağlıdır. Dəyişikliyə əsasən, bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən buraxılan “Cəmiyyət və din” qəzetində dini qurumların dövlət qeydiyyatı haqqında məlumat dərc olunmalıdır. Qeyd edək ki, Azərbaycanda dini qurumların dövlət reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Teqlər : #Azərbaycanda dini qurumların dövlət qeydiyyatına dair yeni tələb müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeri-yurdu olmayan qurum “Təzə Pir”də ehsanlar dayanmır - Foto